Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu yaradılıb.

"Qala" adlanan klub yeni mövsümdən Region Liqasında mübarizə aparacaq. Bu barədə artıq rəsmi qərar var.

Newsport.az "Hərşeyşünas" səhifəsinə istinadən xəbər verir ki, "Qala" Şəmkir şəhərini təmsil edəcək. Komandanı əslən bu bölgədən olan bir qrup iş adamı yaradıb və maliyyələşdirəcək.

Klubun təsisçisi, prezidenti və oynayan məşqçisi Vüsal Məmmədov, baş məşqçisi Elşad Mirzəyev, mətbuat katibi Səbuhi Qılıncbəylidir.

"Qala" ev oyunlarını Şəmkir Olimpiya Kompleksində keçirəcək. Artıq bir neçə yoxlama oyununda qüvvələrini sınayıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right