Türkiyə klubu 18 yaşlı gürcü hücumçu transfer etdi

Türkiyənin "Adana Demirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Gürcüstanın "Televi" klubundan Giorgi Xabulianini transfer edib. Məlumatı klubun mətbuat xidməti yayıb.

"Mavi şimşəklər" 18 yaşlı gücrüstanlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.

Giorgi Xabuliani 2021-ci ilin yanvar ayından "Telavi"də çıxış edirdi. Gənc forvard cari mövsümdə komandanın heyətində meydana çıxdığı 15 matçda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right