Premyer Liqa klubu Rusiyadan azərbaycanlı futbolçu gətirdi

"Amkar"ın yetirməsi olan Rinat Hüseynov Azərbaycanda oynayacaq.

Newsport.az saytına verilən məlumata görə, müdafiəçi "Şamaxı"nın düşərgəsinə qoşulub.

Son olaraq Permin "Zvezda" klubunda oynamış Hüseynovun "Şamaxı" ilə bir illik müqavilə imzalayacağı gözlənilir.

Rusiya vətəndaşlığına sahib olan Rinatın Premyer Liqada legioner və ya yerli kimi oynaması yaxın vaxtlarda dəqiqləşəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right