"Pulu olmayan, amma istədiyi bütün oyunçuları ala bilən yeganə klub "Barselona"dır"

"Bavariya"nın baş məşqçisi Julyan Naqelsmann "Barselona"nın transfer siyasəti haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin Rafinya və Robert Levandovskini transfer etməsinə təəccübləndiyini bilditib. Alman çalışdırıcı"Barselona"nın maddi çətinliklər çəkdiyinə baxmayaraq, istədiyi futbolçuları ala bildiyini deyib:

"Dünyada pulu olmayan, amma istədiyi bütün oyunçuları ala bilən yeganə klub "Barselona"dır. Bunu necə etdiklərini bilmirəm. Həqiqətən də qəribədir".

Qeyd edək ki. "Barselona" "Bavariya"dan 45+5 milyon avro qarşılığında Robert Levandovskini transfer edib. La Liqa klubu polşalı forvardla 4 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right