“Mançester Siti” onları icarəyə göndərdi

İngiltərə çempionu “Mançester Siti” iki futbolçusunu icarəyə göndərib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa nəhəngi qapıçısı Zak Steffeni “Midlsbro”ya, yarımmüdafiəçisi Luis Fiorinini isə “Blekpul”a icarəyə verib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Hər iki futbolçu qarşıdakı mövsümün sonuna qədər sözügedən komandaların uğurları üçün çalışacaq.

Zak Steffen 2019-cu ildən “Mançester Siti”də çıxış edirdi. ABŞ yığmasının da üzvü olan 27 yaşlı qapıçı “şəhərlilər”in heyətində cəmi 21 oyuna çıxıb. İngiltərə klubu amerikalı qolkiperi 2019/20 mövsümündə Düsseldorf “Fortuna”sına (Almaniya) da icarəyə vermişdi. Steffen “Frayburq”, “Kolumbus Kryu” və “Pittsburq” kimi komandalarda da oynayıb. O, ABŞ yığmasında 29 oyun keçirib.

Luis Fiorini isə “Mançester Siti”nin öz yetirməsidir. İtaliya əsilli futbolçu İngiltərədə dünyaya göz açmasına baxmayaraq, Şotlandiyanın U-21 yığmasının üzvüdür. O, əvvəlki mövsümlərdə “NAK Breda” və “Linkoln Siti” kimi klublarda da icarədə oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right