"Yuventus"De Liqtin yerinə braziliyalını transfer etdi

Matteys De Liqati "Bavariya"ya satan "Yuventus" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" "Torino"dan Qleyson Bremeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçdikdən sonra onunla 5 illik müqavilə imzalanacaq. "Yuventus" braziliyalı futbolçu üçün qarşı tərəə 41 milyon avro ödəyəcək.

Qleyson Bremer 2018-ci ilin yayından "Torino"da çıxış edirdi. O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right