Dibala yeni klubu ilə müqavilə imzaladı

"Yuventus"dan ayrılan Paulo Dibalanın yeni klubu məlum olub.

Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu "Roma" ilə anlaşıb. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı hücumçu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. O, yeni klubunda 21 nömrəli forma ilə çıxış edəcək.

Paulo Dibala "2017-ci ilin yayında "Palermo"dan Yuventus"a transfer olunmuşdu. Argentina millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 292 matçda 115 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right