"Lion"un müdafiəçisi "Qalatasaray"da

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "sarı-qırmızılar" "Lion"un sağ cinah müdafiəçisi Leo Dyuba ilə razılıq əldə edib. Türkiyə mətbuatının yazdığına görə, 27 yaşlı futbolçu bu gecə İstanbula gedərək "cim bom"la 4 illik müqavilə imzalayacaq.

"Qalatsaray" fransalı oyunçu üçün "Lion"a 3 milyon avro ödəyəcək. Təcrübəli futbolçu Super Liqa klubunda illik 1,3 milyon avro maaş alacaq.

Leo Dyuba 2018-ci ilin yayından "Lion"da çıxış edir. O, son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 28 matçda 3 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right