“O, “Barselona”ya böyük həvəslə gəlir” Buskets

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets polşalı hücumçu Robert Levandovskinin transferi ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, Levandovskinin kluba həvəslə gəldiyini deyib:

“Bu, mövsümün ən yaxşı müqaviləsi ola bilər. Amma bu, rəqabət səviyyəsində heç nə demək deyil. Mövsüm hər şeyi göstərəcək. Bu səhər Robertlə ilk dəfə danışa bildim. O, “Barselona”ya böyük həvəslə gəlir. Biz ona kömək etməyə çalışacağıq. Komandamıza çoxlu oyunçu gəldi. Dünya səviyyəli oyunçuların gəlməsi bizi çox sevindirir. Heyətimizi təkmilləşdiririk. Futbol qollardan ibarətdir və ümid edirik ki, hər şey yaxşı olacaq. Biz hamımız mübarizə aparmaq və titullar qazanmaq istəyirik”.

İyulun 16-da “Barselona” Levandovskini transfer etmək üçün “Bayern” lə razılaşdığını elan edib. O, kataloniyalılarla 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right