“Atletiko”nun stadionunun adı dəyişdirildi

İspaniyanın “Atletiko” komandasının ev oyunlarını keçirdiyi stadionunun adı dəyişdirilib.

Newsport.az-ın məlumatına görə, əvvəllər “Wanda Metropolitano” kimi tanınan arena yeni sponsorun şərəfinə “Civitas Metropolitano” adlandırılıb.

Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə ki, “Wanda Group” ilə müqavilə ötən mövsümün sonunda başa çatıb. Bu üzdən də Madrid təmsilçisinin yeni tərəfdaşı “Civitas Pacensis” adlı daşınmaz əmlak agentliyi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right