Levandovski “Barselona”da tibbi müayinədən keçdi

Polşalı hücumçu Robert Levandovski “Barselona”da tibbi müayinədən keçib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinə bu gün baş tutub.

İyulun 16-da “Barselona” Levandovskini transfer etmək üçün “Bayern” lə razılaşdığını elan edib. Hücumçu kataloniyalılarla 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Levandovski “Bayern”də keçirdiyi 8 mövsümdə 375 oyunda 344 qol vurub və 72 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right