İtaliya millisinin üzvü "Fənərbaxça" üçün Türkiyəyə yollandı

"Fənərbaxça" növbəti transferə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, “Kalyari” forması geyinən Joao Pedro artıq İstanbula yollanıb.

Onun bu gün “Fənərbaxça” ilə 3 illik müqavilə imzalayacağı ehtimal edilir. 30 yaşlı futbolçu bu il İtaliya millisində debüt edib.

Əslən Braziliyadan olan forvard “Atletiko Mineyro”, “Palermo”, “Vitoriya Gimarayeş”, “Penyarol”, “Santos”, “Eştoril” klublarında oynayıb. O, 2014-cü ildən “Kalyari”nin formasını geyinirdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right