MS ilə ABŞ-a gedə bilməyəcək Peyvəndə görə

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan koronavirusa qarşı tam peyvənd olmadığı üçün ABŞ-a səfər etməyəcək.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı almaniyalı futbolçu koronavirus peyvəndinin yalnız bir dozasına sahib olduğu üçün ABŞ-da tam peyvənd edilmiş hesab edilmir.

Onun 2020-ci ilin sentyabrında koronavirusa yoluxduğu, peyvəndin ilk dozasını 2021-ci ilin yayında qəbul etdiyi qeyd edilir. Almaniyada belə vəziyyətdə insanlar tam peyvənd olunmuş sayılırlar. Eyni zamanda, ABŞ-a gedən əcnəbilər koronavirusa qarşı iki dəfə peyvənd edilməlidir. Gündoğan ABŞ-a getmək üçün ikinci peyvəndi almağı planlaşdırıb, lakin keçən ay yenidən koronavirusa yoluxub. Həkimlər ona peyvənd olunmazdan əvvəl üç ay gözləməyi tövsiyə ediblər.

Müdafiəçilər Con Stounz və Emerik Laport, eləcə də yarımmüdafiəçi Fil Foden də “Mançester Siti” ilə ABŞ turuna çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right