Seferoviç Türkiyə klubuna keçir

“Benfika”nın hücumçusu Haris Seferoviç icarə əsasında “Qalatasaray”a keçəcək.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı isveçrəlinin İstanbul klubu ilə icarə müqaviləsi 2022/2023 mövsümünün sonuna kimi hesablanacaq.

“Qalatasaray”ın Seferoviçin müqaviləsini 3,5 milyon avroya almaq imkanının olacağı da qeyd edilir.

Seferoviç “Benfika”da ötən mövsümdə bütün turnirlərdə 15 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right