La Liqa klubundan 14 milyon avroluq transfer

İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi “Selta”nın hücumameylli yarımmüdafiəçisi Brais Mendesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı ispan futbolçu yeni klubu ilə 6 illik müqaviləyə imza atıb. Bu transfer üçün “Selta”ya 14 milyon avro ödənilib.

Brais Mendes “Selta”nın öz yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. İspaniya yığmasında 4 oyuna 1 qol vurmuş yarımmüdafiəçi, “Selta”da da 166 oyuna çıxıb, 22 qola imza atıb.

“Real Sosyedad” iki futbolçusu ilə də yollarını ayırıb. Belə ki, yarımmüdafiəçi Yon Quridi “Alaves”ə, Xoseba Zaldua isə “Kadis”ə keçib. Onların hər ikisi yeni klubları ilə azad agent kimi müqavilə bağlayıblar. Xoseba 3, Quridi isə 4 illik müqaviləyə imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right