Latviya klubu azərbaycanlı futbolçu ilə yollarını ayrıdı

Latviyanın "Dauqavpils" klubu azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadə ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb.

Qeyd edək ki, "Dauqavpils" Asim Əlizadəni mart ayında icarəyə götürmüşdü. Onun icarə müqaviləsinin müddəti 30 noyabr tarixinə qədər idi. Gənc futbolçu Latviya klubunun heyətində meydana çıxdığı 9 matçda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right