Ançelotti “Real”ın hədəflərini açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti yeni mövsüm üçün hədəflərini bildirib.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis, ötən mövsümdəki uğurlarını təkrarlamaq istədiklərini deyib:

“Qələbələr mənə çox xoşbəxtlik gətirir, ona görə də, bu anları saxlamaq istəyirəm. Ötən mövsüm etdiyimizi bu mövsüm də təkrarlamaq istərdik. Biz yeni oyunçuları fəlsəfəmizə uyğunlaşdırmağa çalışırıq. Keçən mövsümlə müqayisədə yaxşılaşmaq üçün imkanımız var”.

“Real” ötən mövsüm La Liqanın, İspaniya superkubokunun və Çempionlar Liqasının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right