Rusiya millisinin sabiq baş məşqçisi dünyasını dəyişdi

SSRİ futbolunun tanınmış simalarından olan Georgi Yartsev dünyasını dəyişib.

Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 74 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Yartsev Moskva "Spartak"ının heyətində SSRİ güclülər dəstəsinin bombardiri və çempionu olub. O, baş məşqçi kimi Moskvanın “Spartak”, “Dinamo” və “Torpedo”, “Volqoqrad Rotor”, eləcə də Moldovanın “Milsami” klublarını çalışdırıb. Yartsevin rəhbərliyi altında "Spartak" 1996-cı ildə Rusiya çempionu olub. Mütəxəssis Avro-2004-də Rusiya millisinin baş məşqçisi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right