"Neftçi"nin rəqibi məşhur futbolçunu transfer edir

"Neftçi"nin Konfrans Liqasındakı rəqibi olan Kiprin "Aris" klubu heyətini yeni oyunçu ilə gücləndirir.

Newsport.az Kiprin "Sportime" nəşrinə istinadən xəbər verir ki, Limasson təmsilçisi Jervinyonu transfer edir.

"Arsenal" və "Roma" kimi klublarda çıxış etmiş 35 yaşlı hücumçu sabah müqavilə bağlamaq üçün Limassola gedəcək.

Fil Dişi Sahili millisinin sabiq üzvü son olaraq "Trabzonspor"da çıxış edib.

Qeyd edək ki, ​“Neftçi”nin Limassol “Aris”i ilə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right