"Mançester Siti" Mahrezin müqaviləsini uzatdı

İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə imzalanıb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Riyad Mahrezin sözləşməsinin müddətini uzadıb. Bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən əlcəzairli vinger 2025-ci ilin yayında kimi "Mançester Siti"nin şərəfini qoruyacaq.

Riyad Mahrez "Mançester Siti"yə 2018-ci ilin yayında "Lester Siti"dən transfer olunub. O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 47 matçda 24 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right