"Mançester Yunayted" Erikseni transfer etdi

İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi son mövsümü "Brentford"da keçirən Kristian Erikseni transfer edib. Bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.

Danimarkalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Kristian Eriksen 2021/2022 mövsümünün ikinci yarısını "Brentford"da keçirib. 30 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 11 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right