"Qalatasaray" "Benfika"nın hücumçusunu transfer etdi

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Benfika"nın hücumçusu Haris Seferoviçi transfer edib. 

"Cim bom" isveçrəli forvardı 1 illik icarəyə götürəcək. 30 yaşlı qolçunun müqaviləsində icarə müddəti başa çatdıqdan sonra 3,5 milyon avroya satınalma maddəsi olacaq. "Qalatasaray" təcrübəli futbolçuya isə 2 milyon avro maaş ödəyəcək.

İsveçrə yığmasının üzvü növbəti həftə tibbi müayinədən keçdikdən sonra "sarı-qırmızılar"la rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Haris Seferoviç 2017-ci ilin yayından "Benfika"da çıxış edir. O, Portuqaliya klubunun heyətində meydana çıxdığı 187 matçda 74 qol və 24 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right