"Neftçi"nin rəqibi 4 qolla qalib gəldi

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" növbəti yoxlama matçını keçirib.

Newsport.az-ın məlumatına görə, Limassol təmsilçisi "Dnepr-1"lə üz-üzə gəlib. Matç Kipr klubunun 4:2 hesablı qələbəsiylə başa çatıb.

"Aris"in heyətində Yannik Qomis dubl edib. Mixlali Samson Mayambela və Aleks Mosunda isə hərəyə bir dəfə fərqlənib.

​“Neftçi”nin Limassol “Aris”i ilə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right