“Çempionluq üçün hər şey etməliyik” Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yeni mövsümdə komandadan nə gözlədiyini açıqlayıb.

Newsport.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, o, çempionluq üçün hər şey etməli olduqlarını deyib:

“Keçən il heç bir kubok qazana bilmədik. Biz qalib gəlməyə başlayırıq və hazırda Di Maria, Poq Poqbanın transferi, Federiko Kyezanın qayıtması komandanı daha rəqabətli edir. Qələbə qazanmaq heç vaxt asan deyil və biz çempionluq üçün hər şey etməliyik. İlk üç ay xüsusilə vacib olacaq”.

“Yuventus” İtaliya A Seriyasının son mövsümündə 70 xal toplayaraq, çempionatı 4-cü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right