Nazarovdan dubl

Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi Almaniya 3-cü liqa təmsilçisi "Erzebirge" növbəti yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Aue klubu Regional liqa təmsilçisi "Moyzelvitz"lə qarşılaşıb. Matç "Erzgebirge"nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. O, sözügedən görüşdə dubla imza atıb. Millimizin üzvü 5-ci və 35-ci dəqiqələrdə fərqlənib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right