"Çelsi" "Mançester Siti"nin ulduzunu transfer etdi

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi "Mançester Siti"dən Rahim Sterlinqi transfer edib. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb..

Rahim Sterlinq "Mançester Siti"yə 2015-ci ilin yayında "Liverpul"dan transfer olunub. 27 yaşlı vinger "şəhərlilər"in heyətində meydana çıxdığı 320 matçda 109 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right