Mesut Özilin yeni klubu rəsmən bəlli oldu

"Fənərbaxça"dan ayrılan Mesut Özilin yeni klubu məlum olub.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi karyerasını yenə Türkiyədə davam etdirəcək. Almaniya millisinin keçmiş üzvü "Başakşehir"ə transfer olub. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayəb.

Qeyd edək ki, Mesut Özil "Fənərbaxça"ya 2021-ci ilin yanvarında "Arsenal"dan transfer olmuşdu. Ulduz futbolçu "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 37 matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right