"Qarabağ"ın dünya reytinqindəki mövqeyi açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan klubları arasında 141,5 xalla 89-cu pillədə qərarlaşan "Qarabağ" ən yaxşı nəticəyə malikdir.

İsveçrənin “Yanq Boyz” və Almaniyanın “Borussiya” (Dortmund) klublarının xalları Ağdam təmsilçisindən yarımdan çoxdur.

"Neftçi" "Atlas"la (Meksika) ilə birgə 81 xal toplayıb və 234-cü pilləni bölüşür.

Braziliyanın "Palmeyras" (322 xal) klubu isə "Flamenqo" (301) və "Atletiko Mineyro" (293) qabaqlayaraq, reytinq cədvəlinə başçılıq edir. Ümumilikdə isə reytinqə 300 klub daxildir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right