Gürcüstan millisində oynamış futbolçu Premyer Liqa klubuna keçir

Yeni mövsümə hazırlaşan “Turan Tovuz” daha bir gürcü futbolçunun keçidini həll etməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Ayxan Abbasov ötən mövsümü “Şamaxı”da keçirmiş Merab Qiqaurini sərəncamında görmək istəyir.

29 yaşlı futbolçunun yaxın günlərdə “Turan Tovuz”un düşərgəsinə qoşulacağı gözlənilir.

​“Torpedo”(Kutaisi), “Yagelloniya”, “Metallurq”(Rustavi), “Kolxeti”, “Rustavi” klublarında oynamış Merab Azərbaycanda “Qəbələ” və “Şamaxı” komandalarının formasını geyinib. O, Gürcüstanın əsas millisində bir oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right