"Fənərbaxça" braziliyalı yarımmüdafiəçi transfer etdi

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Flamenqo"da çıxış edən yarımmüdafiəçi Villian Araonu transfer edib. Bu barədə "sarı-lacivərtlilər"in mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçunun keçidi ilə bağlı Braziliya klubu ilə razılıq əldə olunub. O, bu gecə İstanbula gedərək tibbi müayinədən keçəcək.

Villian Arao 2016-cı ildən "Flamenqo"da çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 34 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right