İngiltərəli hakimlərdən Tofiq Bəhramova minnətdarlıq jesti Foto

Bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Lex” oyunundan sonra (5:1) matçı idarə edən ingiltərəli hakimlər maraqlı addımla diqqət çəkiblər.

Newsport.az-ın məlumatına görə, oyunu idarə edən İngiltərədən olan hakimlər briqadası matçdan sonra azərbaycanlı mərhum referi Tofiq Bəhramovun stadionun ərazisində ucaldılan heykəlini ziyərət ediblər. İngilisilər bununla Bəhramova minnətdarlıq hissini ifadə etməyə çalışıblar.

1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının finalında Tofiq Bəhramovun İngiltərə millisinin lehinə verdiyi qərar “Uembli” stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır. Həmin oyunda ingilislər Qərbi Almaniya millisini 4:2 hesabı ilə məğlub edərək, dünya çempionu tituluna yiyələnmişdilər.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right