"Qalatasaray"ın məşqində gərginlik: Futbolçular əlbəyaxa oldular

Yeni mövsümün hazırlığını Avstriyada davam etdirən "Qalatasaray"ın məşqində gərginlik yaşanıb.

 

Newsport.az xəbər verir ki, məşq zamanı İstanbul təmsilçisinin futbolçuları Kerem Aktürkoğlu ilə Patrik van Aanholt arasında münaqişə baş verib.

 

Media nümayəndələri üçün açıq olan hazırlıq prosesində niderlandlı müdafiəçinin sərt müdaxiləsindən sonra Kerem yerə yıxılıb. Epizoddan sonra onlar arasında söz davası baş verib. Daha sonra futbolçular bir-birinin üzərinə gedib. Komanda yoldaşları əlbəyaxa olan Patriklə Kərəmi ayırdıqdan sonra məşq davam edib.

 

Kərəm Aktürkoğlu instaqram hesabında paylaşım edərək komanda yoldaşı ilə arasında sevgi və hörmətin olduğunu, hadisənin unudulmalı olduğunu bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right