"Yuventus" Poqba transferini açıqladı

İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, A Seriyası təmsilçisi "Mançester Yunayted"dən ayrılan Pol Poqbanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Yuventus" Fransa milliisinin üzvü ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Pol Poqba 2012-2016-cı illərdə "Yuventus"da çıxış edib. Təcrübəli futbolçu 2016-cı ilin yayında 105 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right