Levandovski "Çelsi"yə keçə bilər

"Bavariya"nın hücumçusu Robert Levandovski karyerasını "Çelsi"də davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə "Daily Star" məlumat yayıb. 33 yaşlı hücumçunun əsas planı "Barselona"da oynamaqdır. Lakin "Bavariya" Levandovskinin keçidi üçün "Barselona" ilə razılaşa bilməsə, polşalı oyunçunun alternativ seçimi "Çelsi" olacaq.

Kataloniya klubunun maliyyə durumunun qeyri-sabitliyi səbəbindən vəziyyət çətinləşir ki, bu da "Bavariya"nın transferə razı olmamasına gətirib çıxarır. Həmçinin bildirilir ki, “Çelsi” artıq futbolçu ilə maraqlandığını və istənilən vaxt müqaviləyə təklif etməyə hazır olduğunu bildirib. Londonlular Romelu Lukakunun gedişindən sonra hücum mərkəzini gücləndirmək istəyirlər.

Xatırladaq ki, bir müddət əvvəl Robert Levandovski Almaniya klubundakı müddətinin bitdiyini və komandadan ayrılmaq istədiyini bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right