“Barselona” ətrafında həmişə çox söz-söhbət gəzir” Torres

“Barselona”nın futbolçusu Ferran Torres Kataloniya klubunun “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə maraqlanmasına münasibət bildirib. 

Newsport.az-ın məlumatına görə, o, 37 yaşlı portuqaliyalının tarixin ən yaxşı futbolçularından olduğunu deyib:

“Ronaldo tarixin ən yaxşılarından biridir. Amma “Barselona” ətrafında həmişə çox söz-söhbət gəzir. Bu haqda başqa nə deyəcəyimi bilmirəm”.

Daha əvvəl “Barselona”nın prezidenti Xuan Laportanın Ronaldonun agenti Jorje Mendeşlə nahar etdiyi bildirilmişdi.

Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 39 oyunda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right