“Lill” Fransa millisinin sabiq üzvü ilə gücləndi

Rusiyanın Ukraynaya hücumundan sonra – bu ilin martında “Krasnodar”dan azad agent qimində ayrılan Remi Kabella özünə yeni iş yeri tapıb.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Fransanın “Lill” klubu ilə anlaşıb.

32 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Kabella Rusiya təmsilçisindən gedəndən sonra “Monpelye” ilə anlaşmış, mövsümün sonunadək sözügedən komandanın formasını geyinmişdi. Fransa millisinin sabiq üzvü “Nyukasl”, “Olimpik” (Marsel) və “Sent Etyen”də də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right