"Trabzonspor"un qapıçısı Super Liqa klubuna keçdi

"Trabzonspor"dan ayrılan Erce Kardeşlerin yeni komandası məlum olub.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı qapıçı "Hatayspor"a transfer olub. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada təcrübəli qolkiperlə razılıq əldə edildiyi bildirilib. Onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Erce Kardeşler "Trabzonspor"a 2019-cu ilin yanvarında "Altınordu"dan transfer olmuşdu, O, son mövsümdə Qara Dəniz təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right