"Yuventus" onu icarəyə verdi

"Yuventus" futbolçusu Koni de Vinteri icarəyə verib.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı müdafiəçi karyerasını "Empoli"də davam etdirəcək. Bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Belçikalı oyunçu ilə 1 illik müqavilə imzalanıb. 

De Vinter 2018-ci ildə "Yuventus"un gənclər komandasına qoşulub. Ötən mövsüm müdafiəçi Turin klubunun ikinci komandasında çıxış edib, həmçinin UEFA Çempionlar Liqasında əsas komandanın heyətində iki oyun keçirib. De Vinter "Çelsi" (0:4) və "Malmö" (1:0) ilə matçlarda oynasa da, qol vura bilməyib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right