Mahir Xorvatiyada 2-ci titulunu qazandı

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" ötən gecə Xorvatiya Superkubokunun oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi titul uğrunda görüşdə "Hayduk"la qarşılaşıb. 

Qapılara qol vurulmadığından oyun penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (4:1) "Dinamo" Superkubokun qalibi olub.

Mahir Emreli zədəli olduğundan onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, bu, Mahirin Zaqreb klubunda 2-ci tituludur. Komanda həm də ölkə çempionatının son qalibidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right