“Dünya futbolunun əfsanəsindən şeytana çevrilmək çox ağırdır” Platini

“Nəhayət, yeddi illik yalan və manipulyasiyadan sonra ədalətin zəfər çalmasından şadam. İnanın mənə, dünya futbolunun əfsanəsindən şeytana çevrilmək çox ağırdır”.

Newsport.az-ın məlumatına görə, bu sözləri UEFA-nın sabiq prezidenti Mişel Platini İsveçrə məhkəməsinin ona və FİFA-nın keçmiş rəhbəri Jozef Blatterə dələduzluq, yanlış idarəetmə və qiymətli kağızların saxtalaşdırılması ilə bağlı bəraət hökmü çıxarmasını şərh edərkən deyib.

O, bildirib ki, mübarizəsi ədalətsizliyə qarşıdır:

“İlk oyunda qalib gəldim. Eyni zamanda, bu məhkəməyə gəlməyən cinayətkarlar da var. Qoy onlar mənə güvənsinlər, biz yenidən görüşəcəyik. Çünki mən təslim olmayacam və həqiqətin arxasınca sona qədər gedəcəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right