"Qətər-2022"də stadionlarda spirtli içki satılmayacaq

Bu il Qətərdə keçiriləcək dünya çempionatı zamanı azarkeşlər stadionlarda spirtli içki ala bilməyəcəklər.

Newsport.az-ın məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb.

Stadionlardan kənarda spirtli içkilərin alınmasına yalnız müəyyən matçlardan əvvəl və sonra icazə veriləcək. Stadionlarda matç zamanı spirtli içkilər satılmayacaq. Spirtli içkiləri yalnız tənzimlənən yerlərdə almaq mümkün olacaq.

Qeyd edək ki, Qətərdə ictimai yerlərdə spirtli içki qəbul etmək qadağandır. Bundan əlavə, spirtli içkilərin ölkəyə müstəqil idxalı da qadağandır.

Xatırladaq ki, Qətərdəki dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right