Niderland millisinin üzvü rəsmən "Beşiktaş"da

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Börnli"dən Vaut Veqorstu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirəcək. 

Qeyd edək ki, Vaut Verqorst "Börnli"yə yanvar ayında "Volfsburq"dan transfer olunub. O, Premyer Liqa klubunun heyətində meydana çıxdığı 20 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right