"Mançester Yunayted" Ronaldonu bir şərtlə sata bilər

"Mançester Yunayted" ancaq bir şərtlə futbolçusu Kriştiano Ronaldonu sata bilər.

Newsport.az-ın məlumatına görə, İngiltərədən olmayan bir klub portuqaliyalı hücumçunun həftəlik 500 min funt sterlinq qazandığı müqaviləsinin son 12 ayını ödəməyə hazır olsa, Mançester təmsilçisi oyunçunu satmağa razı olacaq.

37 yaşlı oyunçu artıq bu transfer pəncərəsində klubu tərk etmək arzusunu ifadə edib və hətta agentundən onun üçün yeni komanda seçməsini xahiş edib. Lakin “Mançester Yunayted” futbolçunu satmağı planlaşdırmır. Yaxın vaxtlarda tərəflərin görüşəcəyi gözlənilir.

Xatırladaq ki, "Mançester Yunayted" Premyer Liqanı 6-cı pillədə başa vurub və komanda Avropa Liqasında çıxış edəcək. Ronaldo ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində 38 oyuna çıxıb və 24 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right