“Beşiktaş”da növbəti ayrılıq

Türkiyənin “Beşiktaş” klubunda növbəti ayrılıq qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Kanada yığmasının hücumçusu Kayl Larin İstanbul təmsilçisindən ayrıldığını açıqlayıb.

Klubla müqaviləsinin müddəti bitən 27 yaşlı forvard bu barədə sosial media hesabında paylaşım edib və hər kəslə vidalaşıb.

Larin 2018-ci ildən “Beşiktaş”da çıxış edirdi. O, İstanbul təmsilçisində keçirdiyi dörd mövsüm ərzində 108 oyuna çıxıb, 39 qola imza atıb.

“Qara-qartallar” ötən gün braziliyalı yarımmüdafiəçi Aleks Teyşeyra ilə də yollarını ayırdıqlarını açıqlamışdılar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right