“Atletiko”dan ayrılan futbolçu rəsmən “Olimpiakos”da

Madrid “Atletiko”sundan ayrılan Şime Vrsalkonun yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı futbolçu karyerasını “Olimpiakos”da davam etdirəcək.

Bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb. Xorvatiya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb. Müdafiəçi yeni komandasına azad agent kimi keçib.

Vrsalko ötən mövsüm İspaniya La Liqasında 21 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

O, əvəllər Zaqreb “Dinamo”su, “Cenoa”, “Sassuolo”, İnter” klublarında da çıxış edib.

Vrsalko 2018-ci ildə Xorvatiya millisinin heyətində dünya çempionatının gümüş medalını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right