Millimizin keçmiş baş məşqçisi içki içdiyinə görə qovuldu

Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki "Olimpiya" (Lyublyana) klubundan istefaya göndərilib.

Newsport.az-ın məlumatına görə, bu barədə Sloveniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı mütəxəssisin qovulmasının səbəbi klubun dəyərlərinə və fəlsəfəsinə hörmət etməməsi göstərilir. 53 yaşlı mütəxəssisin komandanın təlim-məşq toplanışı zamanı səhərə kimi spirtli içki içdiyi, siqaret çəkdiyi, kart oyunları oynadığı və komandanı vaxtında məşqə çıxarmadığı bildirilir.

Qeyd edək ki, Robert Prosineçki 3 ay əvvəl "Olimpiya"nın baş məşqçisi postuna təyin olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right