"Qarabağ"ın rəqibində ayrılıq

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex"də ayrılıq gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, Poznan təmsilçisinin futbolçusu Julyus Letniovski komandadan ayrılıb. 24 yaşlı yarımmüdafiəçi "Vidzev" klubuna keçib. Bu barədə "Lex"in rəsmi saytı məlumat yayıb.

Julyus Letniovski son mövsümü icarə əsasında "Vidzev"də keçirib. O, Lodz təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" "Lex"lə ilk oyunu iyulun 5-i səfərdə, cavab matçını isə ayın 12-si Bakıda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right