Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" ikinci transferini rəsmiləşdirib.
Newsport.az-ın məlumatına görə, Polşa klubu portuqaliyalı yarımmüdafiəçi Alfonso Sousanı heyətinə qatıb. Bu barədə Poznanlıların rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzlananıb.
Qeyd edək ki, Alfonso Sousa son mövsümü "Belenenseş"də keçirib.