Elxan Məmmədov Almaniya millisinin əfsanəsi ilə görüşdü

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov işgüzar səfər üçün Almaniyaya yollanıb. 

Newsport.az-ın məlumatına görə, AFFA-nın sabiq icraçı vitse-prezidenti Almaniya Futbol İttifaqının (DFB) Təlim-Məşq Mərkəzinin açılışında olub.

Bura FİFA-nın "Forward" layihəsi ilə maliyyələşdirlib.

Elxan Məmmədov açılışda Almaniya millisinin sabiq kapitanı Filip Lam, DFB prezidenti Bernd Noyendorf və UEFA-nın tədbirlər üzrə departamentinin direktoru ilə görüşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right