Valverdenin yeni klubu

“Barselona”nın sabiq baş məşqçisi Ernesto Valverde “Atletik”ə qayıdıb.

Newsport.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. O, üçüncü dəfə “Atletik”in baş məşqçisi təyin edilib. Buna qədər Valverde 2003-2005 və 2013-2017-ci illərdə də Bilbao təmsilçisini çalışdırıb.

58 yaşlı mütəxəssisin son iş yeri (2017-2020) “Barselona” olub. O vaxtdan sonra o, heç yerdə işləmirdi. 

Qeyd edək ki, Valverdenin rəhbərliyi altında “Barselona” 2 dəfə La Liqa, hərəsi 1 dəfə İspaniya kuboku və superkuboku olmaqla 4 titul qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right